Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Facebook”da qeydiyyatdan keçən ilk 10 insan

“Facebook”un dünyada milyonlarla istifadəçisi var. Bəs bu sosial şəbəkədə qeydiyyatdan keçən ilk 10 insan kim olub? Bizimyol.info sizə həmin adamların adlarını təqdim edir.

Mark Zukerberq – İlk istifadəçinin adı onsuz da mübahisə doğurmurdu. “Facebook”un təsisçisi əvvəlcə özünə profil açmışdı.

Kris Hyuz – O da “Facebook”un yaradıcılarındandır. Kris hətta Markın otaq yoldaşı olub.

Dastin Moskovits – Zukerberqin daha bir otaq yoldaşı. İndi “Asana” şirkətinin həmtəsisçisidir.

Arie Hasit – “Facebook” rəhbərliyinə aid olmayan ilk istifadəçidir. İndi İsraildə yaşayır, dini qruplardan birinin mənəvi lideridir.

Endryu Makkolam – “Facebook”un loqotipini hazırlayan adamdır. Mark ilə birlikdə Harvard Universitetində oxuyub.

Kolin Kelli – Haqqında çox söz demək olmur. Son illər vəkil kimi fəaliyyət göstərir.

Mark Kaqanoviç – Çox intellektli insan sayılır. “SolveBio” şirkətinin icraçı direktorudur.

Andrey Boros – Londonda yaşayır. “Capeview Capital” şirkətində işləyir.

Manuel Antonio Agilar – Mark Kaqanoviçin otaq yoldaşı olub. Zukerberqlə birlikdə riyaziyyat məşğələlərinə gedib. Məhz Mark ona “Facebook”da qeydiyyatdan keçməyi məsləhət görmüşdü.

Zak Berku – Harvard Universitetində oxuyub. İndi Nyu-Yorkda rentgen şöbəsində işləyir.

Son xəbərlər
Bütün xəbərlər »