Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BNA-dan iş axtaran sürücülərə xoş xəbər

Azxeber.com-un "Facebook" səhifəsində yayımlanan "Vətəndaş soruşur ki..." rubrikasında BNA-nın sözçüsü Mais Ağayev sualları cavablayıb.

Bizimyol.info xəbər verir ki, vətəndaş "Bütün Bakı şəhərinin marşrut şəbəkəsində avtobusları idarə edəcək sürücülərin BakuBus-un sürücüləri kimi təlimlərə cəlb olunması nə zaman baş tutacaq?" - deyə sual ünvanlayıb.

Mais Ağayev Mais Ağayev

Sualı cavablandıran Mais Ağayev bildirib ki, agentliyin peşəkar sürücülərə ehtiyacı var: "Bu gün hər kəs BakuBus haqda xoş sözlər deyir. Olduqları, getdikləri əraziyə məhz BakuBusla getmək istəyirlər. Çünki biz həmin avtobuslarla vətəndaşlara fərqli xidmət göstəririk. Bu həm də sürücülər üçün fərqli bir model yaratdı. Sürücülərə əmək münasibətlərinin necə tənzimlənməli olduğunu, iş və istirahət vaxtlarının düzgün bölünməsi və onların peşəkarlıqlarının artırılması üçün təlimlər keçirilməyə başlandı. Artıq bir qism sürücünün həmin təlimlərdən keçməsi təmin olunub. Hal-hazırda Türkiyə istehsalı olan avtobuslar idarə etmək üçün qəbul olunan sürücülərin təlim işləri aparılır.

Sizin efir vasitəsilə də sürücü işləmək istəyən vətəndaşlara müraciət etmək istəyirəm ki, 300-ə yaxın yeni alınan avtobusları idarə etmək üçün peşəkar sürücülərə olduqca ehtiyac var. Hazırda sürücü kimi çalışan vətəndaşlarımız da müraciət edə bilərlər. Onlar bilməlidirlər ki, əgər BakuBus MMC-ni seçərlərsə, onlarla normal əmək müqaviləsi tənzimlənəcək, iş və istirahət vaxtlarının bölünməsi kimi bütün qanunvericiliyin tələbləri yerinə yetirilmiş olacaq".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »