Tanınmış aktyor Haluk Bilginər təşkil olunmuş 47-ci “Emmi” mükafatlandırma mərasimində ən yaxşı aktyor seçilərək mükafata laiq görülüb.
Bizimyol.info xəbər verir ki, ən yaxşı aktyor seçilən Bilginər mükafatını aldıqdan sonra sevincini bu sözlərlə ifadə edib: “Özümü çox yaxşı hiss edirəm. Bu mükafatın Türkiyəyə gedəcəyi üçün çox sevinirəm. Sevərək və bəyənərək etdiyim işin başqaları tərəfindən bu cür beynəlxalq platformda təqdim edilməsi sevindirici haldır. Çox sevinirəm”.
21 ölkədən 11 kateqoriya üzrə “Emmi” siyahısına düşən 44 namizəddən birisi olan Bilginərə bu mükafat, çəkildiyi “Səxsiyyət” serialında Alzheymer xəstəsi və qatil olan Agah Beyoğlu obrazını canlandırarkən göstərdiyi aktyorluq bacarıqlarına görə verilib.
Qeyd edək ki, təşkil olunan bu mərasimdə 2 xüsusi və 11 ”Emmi” mükafatı təqdim olunub. Ən yaxşı aktrisa adına isə macarıstanlı Marina Gera laiq görülüb.
Adelya
Bizimyol.info