Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 yaşlı uşaq beş ədəd oyuncaq maqnit udub

Azərbaycanda oyuncaq maqnitlər 2 yaşlı uşaq üçün həyati təhlükə yaradıb. 5 ədəd oyuncaq maqniti udan uşaq əməliyyat olunub.

e-tibb.az-ın xəbərinə görə, əməliyyat Mərkəzi Klinik Xəstəxanada uşaq cərrahiyyəsi və urologiyası üzrə mütəxəssis, uzman həkim Fuad Hüseynov tərəfindən icra olunub.

Fuad Hüseynov bildirib ki, 2 yaşında uşaq maqnitlə oynayarkən 5 ədədini udub. Bundan 1 gün sonra azyaşlıda qusma, qızdırma, qarında ciddi ağrılar başlayıb: “Aparılan müayinələrdən sonra təbii ki, maqnitləri çıxarmaq üçün əməliyyat qərarı verildi. Əməliyyat zamanı 5 ədəd maqnit nazik bağırsaqda tapıldı. Bağırsaq divarında kəsik aparılaraq maqnitlər çıxarıldı”.

Həkimin sözlərinə görə, hazırda uşağın vəziyyəti yaxşıdır, yaxın günlərdə evə yazılacaq.

Cərrah vurğulayıb ki, belə halları “valideyn məsuliyyətsizliyi” kimi dəyərləndirib valideynləri daha da yaralamaq lazım deyil: “Çünki onların məqsədi sadəcə, uşaqlarını əyləndirmək olub. Amma bu təhlükəli maqnitlər hələ də satışdadır, başqa uşaqlar da belə problemlər yaşaya bilər”.

Son xəbərlər
Bütün xəbərlər »