Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Universitetdən zəhərlənən tələbələrlə bağlı açıqlama: “Araşdırma aparılır”

Xəbər verildiyi kimi bu gün kirayə qaldıqları mənzildə 6 tələbə dəm qazından zəhərlənib.

“Xəzər” universitetinin sözçüsü Əlövsət Əmirbəyli Bizimyol.info-ya bildirilib ki zəhərlənən tələbələrdən biri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindədir.

“Mətbəxtdən olan dəm qazından Zəhərlənən tələbə qızların 3 nəfəri “Xəzər” universitetinin, 2 nəfəri Bakı Dövlət Universitetinin (BDU), 1 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbəsidir. Zəhərlənən tələbə qızlardan ADİU-nun zəhərlənən tələbəsi bu gün dərsə davam edib”,-deyə Əlövsət Əmirbəyli bildirib.

O, deyib ki, zəhərlənən tələbələrdən Salmanlı Ləman Söhrab qızı, Heydərli Nəzakət Mustafa qızı və Rəcəbli Aysun Surxay qızı “Xəzər”in tələbəsidir: “Zəhərlənən Mahmudova Gülyetər Nadir qızı və Osmanlı Aysun Valeh qızıdır BDU-nun tələbəsi, Qarayeva Nazlı Nadir qızı isə ADİU-nun tələbəsidir.

Mən tələbələrlə əlaqə saxlamışam. Mənə verilən məlumata görə, faktla bağlı araşdırma aparılır. Tələbə zəng edib dedi ki, polis onlardan izahat alır deyə dərsə gələ bilmirlər. Mən də tələbələrə dedim ki, özünüzü yaxşı hiss etməsəniz, bu gün gəlməyə bilərsiniz. Sizə qayıb yazılmayacaq”.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »