Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp"-dan yeni funksiya gözlənilir

"WhatsApp" istehsalçıları yeni funksiya üzərində çalışır.

Bizimyol.info xəbər verir ki, bu funksiya sayəsində istifadəçinin istədiyi söhbət müəyyən vaxtdan sonra avtomatik silinəcək.

Bildirilir ki, mesajların silinməsi seçimi "Android" əməliyyat sistemi üçün "Beta messencer 2.19.348" versiyasında çıxıb. Bu funksiya qismən əvvəlki proqramın beta versiyası üzərində reallaşdırılıb.

"Messencer"in test versiyasında funksiyanı "Əlaqələr haqqında informasiya" proqramına və ya "Çatın qrup kökləmələri"nə daxil etmək olar.

Bu halda istifadəçi mesajın qalma müddətini müxtəlif - saat, gün, həftə, ay və il vaxtına əsasən seçə biləcək. İstifadəçinin seçdiyi müddətdən sonra mesajlar avtomatik silinəcək.

Aləmdə

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »