Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda e-ticarət forumu keçirilir

Bizimyol.info xəbər verir ki,"My Broker”gömrük təmsilçilyi ilə birgə təşkil edilən və hazırda Bakı Bulvar Hoteldə keçirilən elektron ticarətə dair beynəlxalq forumun məqsədi Azərbaycanda və regionlarda e- ticarət infrastrukturunun inkişafı,bu sahəyə startapçıların marağının artırılması və onlara dəstək verməkdir.

e-ticarət forumu

Forumda beynəlxalq şirkətlərin,yerli dövlət qurumlarının nümayəndələri iştirak edir. Tədbirdə elektron ticarət və elektron ixracla bağlı yerli istehsalçılarla biznes subyektlərinə trendlər,dünyada son tətbiqlərlə bağlı peşəkar mütəxəssislər tərəfindən məlumatlar veriləcək. Həmçinin təcrübə mübadiləsi yaratmaqla Azərbaycanda startap ekosisteminin inkişafı və probleminin həlli istiqamətində yolları müzakirə olunacaq.

Xatırladaq ki, bizimyol.info xəbər portalı Forumun informasiya dəstəkçilərindən biridir.

Gülnarə ƏMİRQIZI

Bizimyol.info

e-ticarət forumu

Son xəbərlər
Bütün xəbərlər »