Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəhərlənən tələbə qızlarla bağlı son məlumat – Rəsmi

Xəbər verildiyi kimi Bakıda “Xəzər” universitetinin tələbəsi olan 6 qız kirayə qaldıqları mənzildə zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya bildirilib ki evdə zəhərlənən 6 tələbə qızın hamısı evə buraxılıb.

Məlumata görə təcili yardım xidmətinə çağırış saat 4.47-də daxil olub. “Xəzər” universitetinin tələbəsi olan 6 qız dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxanaya çatdırılıb. İnsident Qara Qaaryev prospekti, 76 ünvanda yerləşən kirayə mənzildə baş verib. Qızların vəziyyəti orta-ağır qiymətləndirilir. Hazırda onlara zəruri tibbi yardım göstərilir.

Xatırladaq ki, ötən həftə Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qız hələlik dəqiqləşməyən səbəblərdən zəhərlənib, onlardan biri ölüb. İkisinin müalicəsi davam edir.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »