Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıdakı sürüşmə zonasından – Videoreportaj

Bu gün səhər saatlarında Bakı-Salyan yolunun Bibiheybət məscidinin yaxınlığından keçən hissəsində torpaq sürüşməsi baş verib.

Bizimyol.infi xəbər verir ki, sürüşmə nəticəsində yolun bir hissəsi uçub, nəqliyyat vasitələrinin hərəkəti isə məhdudlaşdırılıb. Təhlükəsizlik məqsədilə piyadaların da həmin ərazidə hərəkəti polislər tərəfindən tənzimlənir. Ərazinin yaxınlığı xüsusi lentlərlə bağlanıb və icazəsiz oraya daxil olmaq qadağan edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözçüsü Anar Nəcəfli Bizimyol.info-ya deyib ki, yolun təxminən 100 metrlik hissəsi dağılıb.

“İki gün bundan öncə bu ərazidə çatlar əmələ gəlmişdi. Bizim əməkdaşlar tərəfindən əraziyə baxış keçirildi və nəzarət altında saxlanıldı. Ötən gün axşam saatlarından etibarən ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın, saat 5-6 radələrində bu ərazilərdə çökmə hadisəsi baş verdi”,-deyə mətbaut katibi bildirib.

A.Nəcəfli qeyd edib ki, sürüşmə, təxminən, 100 metr ərazini əhatə edir: "Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »