Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köpəyini gəzdirən qadının dəhşətli ölümü - Fotolar

Fransanın şimalında bir gənc qadının faciəvi ölümü ölkəni matəmə qərq edib.

Villert-Cotterets adlı meşəlik ərazidə itini gəzdirən gənc qadına ərazidəki heyvanlar qəflətən hücum ediblər. İtlərin hücumuna məruz qalan qadın hadisə yerindəcə ölüb.

29 yaşlı Pilarski ölməzdən əvvəl sevgilisi ilə telefonla danışıb və ərazidə ona hürən itlərin olduğunu deyib. Sevgilisi, "Qorxuram, tez bura gəlin", - deyə Pilarskinin ondan yardım istədiyini deyib. Qadının bundan qısa müddət sonra öldüyü bildirilir.

6 aylıq hamilə qadının yaxınları onun öldüyü yerə çatan zaman dəhşətli mənzərəyə şahid olublar. Yerdə qan içində və üzü örtülmüş şəkildə uzanan qadına heç bir həkim müdaxiləsi edilməyib. Həkimlərin sözlərinə görə, hadisə yerinə gələn zaman o, artıq həyatını itirmişdi.

93 itdən nümunələr götürülüb

Fransalı prokuror Frederix Trin mətbuata açıqlamasında bildirib ki, itlər qadının üzünü tamamilə qoparıblar. Kəllə sümüyündə bir çox deşik açılan qadın çoxlu qan itkisi səbəbindən dünyasını dəyişib. O, bildirib ki, talesiz qadının bədəninin bir çox yerində itlərin dişlərinin və pəncələrinin izi olub.

“Courier Picard” adlı yerli qəzetin məlumatına görə isə, bu itlər bölgədə ovçuluq edən bir neçə şəxsə aiddir. Baş verən bu qanlı hadisədən öncə də həmin ərazidə gəzən bir çox insana bu itlər tərəfindən hücum edilib. Lakin bundan əvvəlki olayların heç biri ölümlə nəticələnməyib.

Qeyd edək ki, Fransız Ovçular Dərnəyi hadisə ilə əlaqəsinin olmadığını bəyanlayıb.

Polis hadisə ilə əlaqədar istintaqa başlayıb. Bundan əlavə ərazidə olan 93 itdən DNT nümunələri götürülüb. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »