Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış modelin əri avtomobil oğrusu çıxdı

Türkiyənin tanınmış model və aparıcısı İpek Tanrıyarın həyat yoldaşı həbs olunub.

Bizimyol.info xəbər verir ki, Murad Evler İstanbul Təhlükəsizlik Xidməti tərəfindən avtomobil oğurluğu ilə məşğul olan şəbəkəyə bağlı olması səbəbindən həbs olunub.

Onun haqqında cinayət işi açılıb.

Şəbəkə ağır zərbə alan avtomobillərin məlumatlarını oğurlanmış bahalı maşınlara qeyd edərək müştərilərə satıb. Təxmini olaraq bu vasitə ilə 22 bahalı avtomobildən təxminən 5 milyon TL qazandıqları bildirilir.

Qeyd edək ki, model İpek Tanrıyar bir çox film və seriallarda rol alıb.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »