Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa milli komandalarının ən yaxşı 100 futbolçusu arasında azərbaycanlı yoxdur

UEFA Avropa çempionatının seçmə mərhələsindəki çıxışına görə qitənin ən yaxşı 100 futbolçusunun adını açıqlayıb. Onların arasında azərbaycanlı yoxdur.

Bizimyol.info xəbər verir ki, siyahıya Hollandiyadan Memfis Depay başçılıq edir. İkinci yerdə gedən futbolçu da hollanddır. Frenki De Yonq seçmə mərhələni yaxşı səviyyədə keçirib. Hollandlardan Mattiys De Liqt 4-cü, Yasper Sillessen 5-ci olub. İngiltərədən Cordan Pikford 3-cü pillədə qərarlaşıb. İlk 10-luqda sonrakı yerlərdə Antuan Qrizmann (Fransa), Bernardu Silva, Ruben Diaş (hər ikisi Portuqaliya), Serxio Ramos (İspaniya), Kriştiano Ronaldo (Portuqaliya) mövqe tutub.

UEFA aşağı pillədə yer tutanların da adlarını gizlətmir. Avropa futbol təşkilatının versiyasına görə, milli komandamızın ən yaxşı futbolçusu Ramil Şeydayevdir. UEFA ikinci yeri Emil Balayevə, üçüncülüyü isə Bəhlul Mustafazadəyə verir.

Son xəbərlər
Bütün xəbərlər »