Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belə bağça müəlliməsi görməmisiniz: Həm güclüdür, həm də gözəl - Fotolar

Bağça müəllimələrinin bəlli obrazı var. Klassik geyinir, ağır davranırlar. Hər halda, böyük əzələləri olan bağça müəlliməsi görməmişik.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Tümen şəhərində yaşayan Arina bu mənada fərqlənir. Bağça müəlliməsinin kişilərə xas güclü biləkləri, geniş çiyinləri var.

Arina Arina

24 yaşlı qız məşq zalı ilə uşaqlara sevgini bir araya gətirə bilib. 8 ildir bodibildinqlə məşğul olur. Yekaterinburqda keçirilən Ural və Sibir çempionatının qalibi olmağı bacarıb. Ardınca Rusiya çempionatında 4-cü yeri tutub.

“Valideynlərim və dostlarım məni həmişə dəstəkləyir. Ən böyük fanatlarım elə valideynlərimdir”, - Arina belə deyir.

İdmançı qız etiraf edir ki, işdə hamı ona normal yanaşmır. Hətta neqativ yanaşmadan danışmaq olar: “Elə bilirlər ki, bağça müəlliməsi gonbul olmalıdır”.

Arina ruhdan düşmür. Həm bodibildinqlə, həm də uşaqlarla həmişə məşğul olmağı düşünür.

Son xəbərlər
Bütün xəbərlər »