Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə insanlar bank borcunu ödəyə bilmir: Maaşın yarısı kreditə gedir

Rusiyada sosial şərtlər çətinləşib. İnsanlar bank borclarını ödəyə bilmir.

Bizimyol.info xəbər verir ki, Rusiya vətəndaşlarının aylıq qazancının yarısı kreditlərə gedir. İqtisadi İnkişaf Nazirlyinin hesabatında dəqiq rəqəmlər göstərilib. Göstəricilər insanların maaşının 50 faizinə qədərinin kreditə getdiyindən xəbər verir. Nazirlik yaxın 5 ildə faizi 10-a salmağa çalışacaq.

Bəzi mütəxəssislər nazirliyin göstəricilərini şişirdilmiş adlandırır. Milli Reytinq Agentliyinin rəhbəri Sergey Qrişunin deyir ki, söhbət uzağı 30 faizdən gedə bilər, bir il əvvəl isə faiz 22-23-ü keçmirdi.

Milli kredit tarixçəsi bürosunun məlumatına görə, Rusiyada 6,5 milyon insan krediti ödəməyə çətinlik çəkir.

Son xəbərlər
Bütün xəbərlər »