Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata Abdullayevin diplomatik pasport qalmaqalı

Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki kilsədə Ermənistanın Baş naziri Nikol Paşinyanla mübahisəsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Özünü bloger kimi təqdim edən Ata Abdullayevin hazırlıqsız şəkildə düşmən ölkə rəhbərinin qarşısına çıxması Qarabağ məsələsində ölkə siyasətinə kölgə kimi qiymətləndirilir və əksəriyyət tərəfindən də tənqid edilir. Hansı vəzifəyə qulluq etdiyi bilinməyən, harada aş orada baş olan bu şəxsin belə rahatlıqla necə viza əldə etməsi, bilet və səfər xərclərini necə qarşılaması barədə suallar ortaya çıxır.

Politoloqlar hesab edir ki, ilk olaraq siyasətlə məşğul olan adamların Paşinyanla bağlı yerlərdə olması, onu sual yağışına tutmaları zamanı onların intellektuallığı ilə düz mütənasib olmalıdır. Bir vaxtlar gündəmi zəbt edən Bəxtiyarla müqayisədə Ata Abdullayevin söylədiklərini hədəfə çatmaqda da daha uğursuz hesab edirlər. Onun Milanda bir erməni kilsəsinə daxil olub, orada mərasimə qatılan Paşinyana "biz müharibə istəmirik, bizim torpaqlarımızdan çıxın deməsi və bunu "yalavararaq" edibsə biyabırçılıqdır. Çünki bu millətin qürurunu, ləyaqətini aşağı salan, millətə inamsızlıq hissini aşılayan, erməniyə isə qürur hissi verən bir hərəkətdir. Lakin Nikol Paşinyanın İtaliyaya səfər edəcəyini əvvəldən bilməsi və onunla üz-üzə gəlməsi suallar doğrurur. Bu məsələləri izləyən adamların səfərdən bir gün əvvəl xəbər tutduğu halda, Ata Abdullayevin zamanında orada olması onun diplomatik pasporta sahib olub olmaması barədə iddialar yaratdı.

Bəs görəsən, Ata Abdullayev diplomatik pasport alıbmı?

Azərbaycan Respublikası Prezidenti İcra Aparatı İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bu iddiaları təkzib edib. Leyla Abdullayeva mətbuata açıqlamasında bildirib ki, Ata Abdullayevin adına diplomatik və ya xidməti pasport rəsmiləşdirilməyib.

Qeyd edək ki, diplomatik pasport Azərbaycan vətəndaşı olan müvafiq şəxslərə ölkədən getmək və ölkəyə gəlmək gəlmək hüququnun həyata keçirilməsi üçün XİN tərəfindən verilən, ölkə hüdudlarından kənarda onların şəxsiyyətini və vətəndaşlığını təsdiq edən, bütün ölkələrə xidməti işlə əlaqədar getmək üçün etibarlı olan rəsmi sənəddir.

Aləmdə Nəsib

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »