Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin təhlükələrdən danışdı: “Kosmos hərbiləşdirilir”

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin 2033-cü ilə qədər olan hərbi strategiyasını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, V.Putin Təhlükəsizlik Şurasının iclasında deyib ki, 2033-cü ilə qədər yeni silahlandırmaq proqramının hazırlanması 2020-ci ildən başlayacaq.

O bildirib ki, bura dronların, lazer və hipersəs sistemlərinin genişləndirilməsi daxil edilməlidir.

Rusiya liderinin sözlərinə görə, silahların keyfiyyət və kəmiyyət xüsusiyyətləri inkişaf etdirilməlidir.

V.Putin dünyanın ciddi çağırışlar və təhdidlərlə qarşılaşdığını vurğulayıb.

O bildirib ki, dünyanın müxtəlif bölgələrində nəinki uzun müddətdir davam edən münaqişələr aktivləşir, həm də yeni konfliktlər meydana çıxır.

“Aparıcı ölkələr hücum silahlarını fəal şəkildə inkişaf etdirir. NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşması, habelə kosmosun hərbiləşdirilməsi cəhdləri də ciddi narahatlıq doğurur”, - deyə V.Putin əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »