Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türk filmləri həftəsi keçiriləcək
Türk Filmləri Həftəsi – Bakı

Gələn həftədən beşinci dəfə Bakıda Türk Filmləri Həftəsi başlayacaq.

Noyabrın 25- də Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin , Türkiyənin Azərbaycandakı səfirliyinin, Yerli Düşünce Derneği’nin, TİKA agentliyinin, təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə “5. Türk Filmləri Həftəsi –Bakı” nın açılış mərasimi keçiriləcək.

Bizimyol.info xəbər verir ki, açılış mərasiminə Türkiyədən gələn AK Parti Ordu Millət vəkili və Yerli Düşünce Derneğinin Baş Direktoru Metin Gündoğdu, “Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorları Yeliz Kuvancı ve Nisa SofiyaAksongur, “Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla Irmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP Baş katibi Ahmet Edebali, SETEM Baş Direktoru Mehmet Güleryüz, “Star” qəzetinin mədəniyyət-sənət editoru Bedir Acar, Türk Filmləri Həftəsinin lahiyə assistenti Fatma Gezer ve Türk Filmləri Həftəsının Baş koordinatoru Öner Kılıç qatılacaqlar.

Açiliş mərasimindən əvvəl, saat 18:30-da Nizami Kino Mərkəzinin Mətbuat zalında KİV nümayəndələri üçün mətbuat konfransı keiriləcək.

Rəsmi hissədən sonra rejissor Şükrü Alaçam’ın “Locman” bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, Film Həftəsi ərzində

noyabrın 26-da “Locman” filmi, 19-00-da “Kapan”;

noyabrın 27-də saat 17:00-da “Annem”,19-00-da “Çakallarla dans 5”;

noyabrın 28-də saat 17:00-da “Çakallarla dans 5”, 19-00-da “Kapan”;

noyabrın 29-da saat 17:00-da “Rafadan Tayfa” 19-00-da “Annem” bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

Bizimyol.info

Paylaş »
››› Bakıda yanan “EuroHome” ticarət mərkəzinin sahibi barədə məlumat yayıldı - Foto
››› Bakıda böyük ticarət mərkəzinin qəsdən yandırılması barədə xəbərə rəsmi reaksiya
››› Dünyanın ən gənc qadın baş naziri bu həftə işə başlayacaq - Foto
››› Əxlaqsız fotoları yayılan qadın siyasətçi özünə qəsd etmək istəyib - Foto
››› Vanqanın Rusiya və Avropa haqda verdiyi proqnozlar...
Son xəbərlər
Bütün xəbərlər »