Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BDU yataqxanasında zəhərlənən Dilrubənin anası: “Prokuror izahat alıb”

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə və İbadova Həmidə qidadan zəhərlənib. Həmidə ilə Dilrubə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, Şəkər hadisə yerində keçinib.

Bizimyol.info-ya açıqlama verən Dilrubə Quliyevanın anası Xalidə Quliyeva sosial mediada yayılan iddialara cavab verib.

1 saylı Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinin gözləmə otağında əməkdaşımızın suallarına cavab verən X.Quliyeva deyib ki, həkimlər ona övladının səhhəti yaxşı olduğunu bildiriblər.

“Hadisə baş verən gecə qızların alkoqollu içki qəbul etməsi iddiası həqiqətə uyğun deyil. Spirtli içki qəbul olunmayıb. Yalan məlumat yaymaq ayıbdır. Guya deyirlər ki, suşidən zəhərləniblər. Bu da yalandır. Onlar kartoşka və qatıq yeyiblər”,-deyə X.Quliyeva bildirib.

O, deyib ki, faktla bağlı açılmış cinayət işi əsasında araşdırma davam edir: “Prokurorluq əməkdaşları Taksikologiya şöbəsində müalicə alan tələbələrin izahatını alıblar”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »