Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı yazıçı bu gün Antarktidaya səfərə gedib - 250 minlik sığorta paketi ilə

“Bu şəhərdə kimsə yoxdur˝, “Çətin olsa da, həyat davam edir” və digər bestseller kitablarının müəllifi olan Rövşən Abdullaoğlu Antarktidaya Braziliyadan keçib gedəcək. Belə bahalı bir səfərdə onun xərclərini özəl xəstəxanalardan biri maliyyələşdirəcək.

Rövşən Abdullaoğlu Bizimyol.info-ya bildirib ki, Antarktida konkret hansısa bir dövlətin ərazisi sayılmadığına görə ora viza tələb olunmur.

Rövşən Abdullaoğlu Rövşən Abdullaoğlu

“1959-cu ildə Antarktida barədə qəbul edilmiş konvensiyaya əsasən, bu ərazilər heç kəsin mülkiyyətinə keçə bilməz və burada elmi fəaliyyətdən başqa heç bir fəaliyyətə icazə verilmir. Sadəcə olaraq Antarktidaya getmək üçün mən Argentinadan keçməli olduğum üçün oranın vizasını aldım.

Dünyada çox az sayda şirkətlər qütb bölgələrinə səfər təşkil edir. Antarktidaya səfərləri isə, bildiyimə görə, dünyada yalnız on təşkilat həyata keçirir. Bunlar, adətən, ekspedisiya gəmiləri olur, heyəti peşəkar insanlardan təşkil olunmuş xüsusi təhcizatlı gəmilərdir. Bizim yola çıxacağımız gəmi yüz on dörd nəfərlikdir. Sahilə düşəndə, Antarktida barədə qəbul olunmuş sənədə əsasən, materikə yüz adamdan çox olmayan dəstə ilə çıxa bilərsən. Say çox olanda səyyahların bir hissəsi gəmidə gözləməli olurlar. Ona görə də Antarktidaya adətən, azsaylı ekipajla gedirlər.

Hazırda orada yay fəslidir. Qışda səfər çox təhlükəlidir”,- deyən yazıçı əlavə edib ki, uçqun və soyuqdəymə ehtimallarına qarşı iki yüz əlli min dollar həcmində sığorta paketi alıb.

Səfər dekabrın ortalarında başa çatacaq.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »