Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp öz impiçment məsələsinin qaldırılmasını tələb edib

ABŞ prezidenti Donald Tramp öz impiçmentinin Senatda qaldırılmasını təklif edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi Hoqan Qidli məlumat yayıb. Onun sözlərinə görə prezidentin impiçmenti üçün senat üzvlərinin üçdə ikisinin səsi tələb olunur və prezident bu məsələnin qaldırılmasından qorxmur.

O qeyd edib ki, əgər məsələ gündəmə gətirilərsə Tramp şahid kimi ABŞ-ın keçmiş vitse prezidenti Co Bayden və onun oğlu Hanterin, eləcə də konqressmen Adam Şaffın şahidliyindən istifadə etməyəcək.

Bəzi politoloqlar qeyd edirlər ki, Trampın bu əminliyinin səbəbi Senatın Yuxarı Palatasında 100 nəfərdən 53-nün Respublikaçılardan ibarət olmasından ibarətdir. İmpiçmentinin baş tutması üçün isə senatorların üçdə ikisi səs verməlidir.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »