Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BDU: Tələbələrin vəziyyəti normaldır, onlar oxumaq üçün kitab istəyiblər

"Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır".

Bizimyol.info xəbər verir ki, bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın yaydığı açıqlamada deyilib.

O bildirib ki, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar: "Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər. Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".(report)

Son xəbərlər
Bütün xəbərlər »