Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Timoşenko əvvəlki saç düzümünə qayıtdı - İnqilab gözlənilir?

Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko illər sonra əvvəlki saç düzümünə qayıdıb.

Siyasətçi Avropa Komissiyasının yeni prezidenti Ursula fon der Layayenlə görüşündə hörük saç düzümündə olub.

Timoşenkonun bu seçimini inqilab xəbərdarlığı ilə əlaqələndirənlər də olub. Belə ki, Yuliya Timoşenko ilk dəfə 2001-ci ildə müxalifətə keçərək öz partiyasını yaradarkən, 2004-2005-ci illərdə narıncı inqilab zamanı hörükdən istifadə edib. Timoşenko bu il noyabrın əvvəlində prezident Vladimir Zelenskiyə müxalif mövqeyə keçdiyini elan edib və artıq bir neçə gün sonra hörük saç düzümünə qayıdıb. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »