Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldo xəlvət evlənib: Anasını toya çağırmayıb

Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldonun 5 övladı olsa da, sevgilisi Corcino ilə nikah bağlamamışdı. İtaliya mətbuatının yazdığına görə, “Yuventus”un hücumçusu evlənib.

Bizimyol.info xəbər verir ki, Ronaldo toyunu xəlvət keçirib. O, mərasimə hətta anasını da çağırmayıb.

Nikahın ictimaiyyətdən uzaq bir yerdə, Mərakeşdə bağlandığı bildirilir. Toyda çox adamın iştirak etmədiyi yazılır.

Yazılanlara görə, mərasim zamanı foto çəkilməməsinə xüsusi nəzarət olunub.

Corcinonun Ronaldonun anası Dolares Aveyru ilə yola getməməsi çoxdankı söhbətdir. Onun toya çağırılmamasında bu amil də rol oynaya bilər.

Son xəbərlər
Bütün xəbərlər »