Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FİFA Türkiyəyə getmək istəyən əcnəbi futbolçulara xəbərdarlıq etdi

Türkiyəyə transfer olunmağı planlaşdıran əcnəbi futbolçular addımı haqda ciddi düşünməlidir. FİFA bu fikirdədir.

Bizimyol.info xəbər verir ki, beynəlxalq futbol təşkilatı Türkiyəyə getmək istəyən əcnəbi futbolçulara xəbərdarlıq edib. Qurum maaş baxımından ciddi problem yaradan 7 klubun adını çəkib. FİFA futbolçuların məvacibini verməmək istiqamətində Türkiyənin ən ön sırada getdiyini açıqlayıb.

İstanbul İstanbul, Türkiyə | Foto: Pixabay.com

FİFA-nın bəyanatında “Karademir Karabükspor”un, “Bursaspor”un, “Antalyaspor”un, “Kayserispor”un, “Ankaragücü”nün, “Elazığspor”un və “Əskişəhirspor”un adları qeyd olunub. Futbol təşkilatı bu klubların həm də sənədlərdə gerçək maaşı göstərməməsini, daha aşağı rəqəmlər yazılmasını bildirib.

Son xəbərlər
Bütün xəbərlər »