Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BDU: Tələbə qızlar qidadan zəhərlənib
Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələrlə bağlı universitetin tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev açıqlama verib.

Bizimyol.info xəbər verir ki, prorektorun sözlərinə görə, gecə saatlarında baş verən hadisəyə səbəb kimi konservləşdirilmiş və ya marketdən alınmış qidalardan ola bilər: “İlkin araşdırmalara və digər tələbələrin verdiyi məlumata görə, zəhərlənmə ev şəraitində hazırlanaraq konservləşdirilmiş və ya marketdən alınmış qidalardan ola bilər.

Tələbələr özlərini yaxşı hiss etmədiklərinə görə təcili tibbi yardım çağırılıb. Onların vəziyyəti yaxşılaşandan sonra tibbi yardım binanı tərk edib. Amma səhər saatlarında tələbələr yenidən özlərini pis hiss ediblər”.

Prorektor qeyd edib ki, zəhərlənən təbələrdən biri vəfate dib, iki tələbə isə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alır: “Onlar həkimlərin tam nəzarəti altındadır, şükür ki, həyati təhlükələri yoxdur”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »