Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BDU-nun yataqxanasında zəhərlənən üç tələbə qızdan biri ölüb

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə Təcili Tibbi Yardıma müraciət saat 12:35-də daxil olub.

Həkimlər qeyd edilən ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qızı aşkarlayıblar.

Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Bildirilib ki, bunlar Dilrubə, 1998-ci il təvəllüdlü İbadova Həmidə adlı qızlardır. Ölən gənc isə 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Toksikoloq Azər Maqsudov bildirib ki, gətirilən qızların vəziyyətləri kritikdir:

“Hazırda onlar ciddi həkim nəzarətində saxlanılır. Vəziyyətlərində irəliləyiş yoxdur. Zəhərlənmənin nədən baş verdiyi bəlli deyil”.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »