Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elçin Əlibəyli: "Bu söhbətləri bir üzdəniraq yayır"

Xalq artisti Faiq Ağayev İTV-də yayımlanan "3 D" verilişində tanınmış jurnalist Elçin Əlibəyli barəsində yayılan söz söhbətlərə münasibət bildirib.

“Onun televiziyadan getməsi məni məyus etdi. Onu şəxsən tanıyıram, Elçin Əlibəyli qədər dərin zəkalı və dərrakəli insan Azərbaycan televiziyasında olmalıdır. Ona qarşı edilən “qara piar”ın şahidi olduqca məyus oluram. İnsan olaraq kiminsə xoşuna gəlməyə bilər, amma anlayıram ki, bu, Azərbaycan televiziyası üçün arzuolunmaz bir hadisədir”.

Bir neçə gün öncə Elçin Əlibəyli hələ döyülmə xəbərləri yeni çıxarkən yəqin ki əsəbiydi ki, Bizimyol.info saytına danışarkən ölkədən gedəcyini demişdi.

“Mənim haqqımda mənə qarşı böhtan və təzyiq kampaniyası başladılıb. Ölkədən çıxmağa hazırlaşıram. Ölkədən çıxan kimi hamısının adını açıqlayacam. İndi desəm qarşımı kəsərlər. Mən ağılsız adam deyiləm ki təyyarə və ya qatarla ölkədən çıxım. Belə eləsəm çıxmağıma mane olarlar. Hara gedəcəyimi demirəm. Amma gedəndən sonra mən elə bir təhlükəli qüvvəyə çevriləcəm ki, əsim- əsim əsəcəklər”.

Bu gün isə o daha duru, daha sakit şəkildə yenidən suallarımızı cavablandırdı.

-Elçin bəy, televiziyadan gedəsi olmadınız?

-Yenə ne deyiblər? ( gülür) Məni gan arvadıma döydürürlər, gah işdən qovdururlar. Yox hətta bu gün çəkilişm var. Videoya sona qədər baxmayıblar deyə belə fikir yaranıb. İndi proqama mənimlə birgə başqa aparıcı da daxil oacaq, bu da mənim meydanımı daraldır. Buna görə elə demişdim.

- Haqqınızda yayılan bu xəbərlər nə ilə bağlıdır. Bəlkə həmişə çox kəskin danışırsınız, kiminsə maraqlarına toxunmusunuz?

-Mən aliməm. Mən istəməzdim ki, mənim beynimi bu kimi şeylərlə məşğul etsinlər. Amma tanınan şəxsə hücumlar olur və sən dözməlisən. Bunun arxasnda heç bir siyasi və ya dövlət tərəfindən gələn təzyiq falan yoxdur. Sadəcə adını çəkib dilimi çirkləndirmək istəmədiyim bir üzdəniraq var , bütün bunlar onun əməlləridir. Məni qurşaqdan aşağı vurmağa çalışırlar.

- Sizi insanlar həddən artıq aqressiv bir insan kimi tanıdılar. Bu gün üstünüzə edilən hücumlarda da bir çoxları məhz həmin aqressiv Elçinə qarşı mövqe tutdular, müdafiə mövqeyində dayanmadılar.

- Baş verənlərlə bağlı bir çox dəyərli ziyalılar, peşə dostlarım mənə açıq dəstək oldular.Bu əslində mənim apardığım tolk şounun formatıdır. Bu təcrübə dünya telekanalarında var. Məsələn Rusiyada Pozner bu imiclə tanınıb. Yəni tolk şouda qonağa gülə -gülə başına dönüm, qadan alım deməklə o effekt alınmazdı. Bu prqramın formatının yaratdığı bir imicdir. Mən əslində çox mehriban insanam

- Amma o mehriban insan efirdən Maral Tahirqızını qovmaqla da özünü tənqid və hücum hədəfinə çevirdi. Mən də bunu şəxsən etik hesab etmirəm.

- Mən Maralı qovmadım, o özü durdu getdi. Mən sadəcə dedim ki, siz bir Azərbaycan qadını olaraq niyə özünüzü gülünc vəziyyətə salırsınız?

- Elçin bəy, qeyd edim ki, bu günə qədər mən öz adıma sizə xüsusi simpatiya bəslədiyimi deyə bilməyəcəm. Yəqin ki, bu yaratdığınız imicə görə. Amma həmkarım olaraq əgər haqsızlığa uğradılmısınızsa intellekti çox dərin olan bir şəxs kimi sizə dəstəyimi ifadə etmək istəyirəm.

- Təşəkkür edirəm.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »