Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akif Çovdarovla birgə həbs olunan MTN-nin vəzifəli şəxsi azadlığa çıxıb

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi Akif Çovdarovla birgə həbs edilən MTN-in Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin zabiti Orxan Osmanov azadlığa buraxılıb.

Bizimyol.info xəbər verir ki, O. Osmanovun cəza müddəti başa çatdığından həbsdən azad edilib.

Qeyd edək ki, Akif Çovdarov və digərləri 2015-ci ildə həbs olunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş kapitan Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Ali Məhkəmədə Akif Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib. O cəza müddəti başa çatdıqdan sonra azadlığa çıxıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »