Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Van Dammın Azərbaycan haqda paylaşımına rekord sayda bəyənmə gəlib

Xəbər verdiyimiz kimi amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə sosial şəbəkədə minnətdarlığını bildirib.

Bizimyol.info xəbər verir ki, onun 17 milyonluq Facebook səhifəsindəki paylaşıma bu saata qədər 41 min bəyənmə gəlib. Bundan başqa dünyanın müxtəlif yerlərindən 2200 nəfər posta şərh yazıb və paylaşım 1700 dəfə repost edilib.

Maraqlı olan odur ki, xarici ölkələrdən şərh yazanların əksəriyyəti Qəbələni, Vəndam kəndini görmək istədiklərini bildiriblər.

Xatıqladaq ki, Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.(yenisabah.az)

Son xəbərlər
Bütün xəbərlər »