Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllim keçmiş sevgilisini şəkilləri ilə şantaj edib

ABŞ-da orta məktəb müəllimi intim fotoşəkillərin yayılmasında günahlandırılıb.

Bizimyol.info xəbər verir ki, “Daily Mail”in verdiyi məlumata görə, bununla 42 yaşlı kişi keçmiş sevgilisindən qisas almaq istəyib.

İndiana ştatında məktəblərin birində dərs deyən Ceyson Holt noyabrın 18-də həbs edilib. Zərər çəkən qadın bildirib ki, Holt onu uzun müddət təqib edib. Belə ki, müəllim keçmiş sevgilisinə kənar nömrələrdən zəng vurub, onun qohumlarına sosial şəbəkələrdə yazıb.

İyulun 29-da Holt qızın qardaşına “Facebook Messenger” vasitəsi ilə onun lüt şəkillərini göndərib. Təqibə dözməyən qadın polisə müraciət edib.

Noyabrın 19-da Holt məhkəmənin ilkin iclasında iştirak edib. Dekabrın 5-də məhkəmə davam edəcək.

Son xəbərlər
Bütün xəbərlər »