Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Əsədov ikili diplomla bağlı qərar imzalayıb

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları” təsdiqlənib.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin qərarı ilə sənədə əlavələr edilib.

Bu qaydalar Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2019-2023- cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanıb.

Azərbaycanın müvafiq ali təhsil müəssisəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərini tənzimləyir.

Dövlət proqramı çərçivəsində maliyyələşdirilən beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının, təhsil səviyyələrinin seçim meyarları və fəaliyyətin idarə olunması Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

Beynəlxalq ikili diplom proqramının təşkili, həyata keçirilməsi Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), xarici və yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.

Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələləri Təhsil Nazirliyinin nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.

Son xəbərlər
Bütün xəbərlər »