Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada bankların sayının azaldılmasının səbəbləri açıqlanıb

"Bank sektorunun prudensial nəzarəti və sabitliyi baxımından düşünürəm ki, həddindən çox bank var və kapitala yeni tələblər tətbiq edildikcə, gəlirliliyin azalması, xərclərin artması fonunda onların sayı təbii olaraq azalacaq".

Bunu VTB-nin rəhbəri Andrey Kostin "Rusiya çağırır" (Rossiya zovet) investisiya forumunda deyib.

Onun sözlərinə görə, bank sektoru üçün ağrılı məqam kapitala tələbatın artması olub: "Ancaq düşünürəm ki, ən çətin mərhələni geridə qoyuruq və 1 yanvar 2020-ci ildən keçəcəyik... Bəli, Mərkəzi Bank, güman ki, əməliyyatlar üçün kapital artımını tələb edəcək bir sıra tədbirlər görəcək".

Xatırladaq ki, Rusiya Mərkəzi Bank oktyabrın 1-dən banklara borcalanların borc yükü göstəricisini (BYG) hesablamağı tapşırmışdı. BYG-si yüksək olan borcalanlara verilən kreditlər üçün risk əmsalına yüksəldilmiş əlavələr müəyyən edilib ki, bu da banklar üçün kapitala əlavə təzyiq yaradır. Mərkəzi Bank həmçinin Rusiyada kreditləşməni tənzimləmək üçün əlavə alətlər, o cümlədən kreditləşmənin müəyyən sektorlarında kredit vermə ilə bağlı məhdudlaşdırma imkanı əldə etmək istəyir.

Noyabrın 8-nə olan məlumata görə, Mərkəzi Bank 2019-cu ildə 22 bankın lisenziyasını ləğv edib. Üç lisenziya sahibinin təşəbbüsü ilə ləğv edilib. İl ərzində yalnız bir kredit təşkilatı qeydiyyata alınıb. Ölkədə, ümumilikdə, 451 kredit təşkilatı var ki, bunun da 411-i banklardır. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »