Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni deputat Sarkisyan barədə: "Onun kriminal avtoritetlərlə əlaqəsi var"

Ermənistan parlamentinin deputatı Suren Qriqoryan keçmiş prezident Serj Sarkisyanla bağlı video haqqında danışıb.

Bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.

Məlumata görə, deputat videodakı görüntülərdə keçmiş prezidentin kriminal aləmin avtoritetləri ilə bir stol arxasında oturduğunu deyib.

“Dövlət güclü olmalı, “qanuni oğru” və kriminal avtoritetlərin güc tətbiq etməsinə imkan verməməlidir. Dövlət adamlarının cinayət aləminin adamları ilə necə təmasda olduqlarını özüm dəfələrlə görmüşəm. Bir videoda Serj Sarkisyanın kriminal avtoritetlərin olduğu ziyafətdə iştirak etməsini izləmişəm”, - S. Qriqoryan əlavə edib. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »