Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maradona ağladı: Futbolçular onun getməsini istəmirdi...

Canlı futbol əfsanəsi Dieqo Maradona yenə işsiz qalıb. Argentina çempionatında mübarizə aparan La-Plata “Ximnasiya”sı onunla yollarını ayırıb.

Bizimyol.info xəbər verir ki, Maradona son qarşılaşmadan sonra paltardəyişmə otağında ağlayıb. Futbolçular onun baş məşqçi postundan getməsini istəməyib. Amma prezident Qabriel Pelleqrino qərarını verib.

Maradona “Ximnasiya”ya cəmi 2,5 ay əvvəl gəlmişdi. La-Plata klubu bu müddətdə keçirdiyi 8 oyunda 3 qələbə qazanmış, qalan qarşılaşmalarda məğlub olmuşdu. Bu nəticələr “Ximnasiya”nın turnir vəziyyətinin yaxşılaşmasına xidmət etməyib. Maradonanın komandası 24 klub arasında 22-ci yerdəydi. Amma iş orasındadır ki, canlı əfsanəyə qədər “Ximnasiya” 5 oyunda cəmi 1 xal qazanmışdı.

Son xəbərlər
Bütün xəbərlər »