Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksi sürücüsü turistləri soydu: 3 km yola görə onlardan 200 dollar alıb

Rusiyanın paytaxtı Moskvada turistlər taksi sürücüsündən zərər görüblər.

Onlar aldandıqlarını bildirərək polisə müraciət ediblər.

Bizimyol.info xəbər verir ki, Moskvada taksi sürücüsü ər-arvaddan 3 km yola görə 14 min rubl (200 dollardan çox) alıb. Arbatda avtomobilə əyləşən turistlər oteldə düşəndə bir neçə dollar ödəyəcəklərini düşünüblər. Kişi bank kartını taksi sürücüsünə uzadıb. Qəbzi alanda sürücünün 14 min rubl götürdüyü üzə çıxıb. Mübahisə düşüb. Sürücü qiyməti taksometrin göstəricisi ilə əsaslandırıb. Turistlər razılaşmayıb və polisə üz tutublar. Polis məsələ ilə bağlı araşdırma aparır.

Son xəbərlər
Bütün xəbərlər »