Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İbrahimoviçə yeni klubu arvadı seçir

Zlatan İbrahimoviv karyerasının ABŞ dönəminə son verib. O, “Los-Anceles Qelaksi” ilə yollarını ayırıb. İsveçli futbolçunun Avropada oynayacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, İbrahimoviçə yeni klubu arvadı seçir. Futbolçunun həyat yoldaşı onun “Milan”da oynamasını istəyir. “Gazzetta dello Sport” nəşrinin yazdığına görə, İbrahimoviç xanımının fikrinə hörmətlə yanaşaraq, İtaliya klubuna keçəcək.

“Milan” Zlatan üçün yeni klub deyil. İbrahimoviç 2010-2012-ci illərdə burada oynayıb. İndi onun keçidinə “Bolonya” daha çox maraq göstərir. Amma həyat yoldaşının sözü Zlatan üçün daha vacibdir. Ona görə də İbrahimoviçin “Milan”a keçidini gözləyək.

İsveçli futbolçu “Los-Anceles Qelaksi”də keçirdiyi 31 oyunda 31 qol vurmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »