Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda etirazlar: helikopterdən atəş açıldı - Video

İranın Şiraz şəhərində etiraz aksiyasını nəzarət altına almaq məqsədilə hökumət qüvvələrinin göndərdiyi helikopterin etirazçıları atəşə tutmasının görüntüləri yayılıb.

Bununla bağlı video Tvitter sosial şəbəkəsində paylaşılıb.

Videoda etirazçıların şüarlar səsləndirdiyi, helikopterdən isə atəş açıldığı görünür.

Qeyd edək ki, "Amnesti İnternəşnl" təşkilatı İranda benzinin qiymətinin qalxması ilə bağlı təşkil olunan etiraz aksiyaları nəticəsində öldürülənlərin sayının 106 nəfər olduğu barədə məlumat yayıb.

Təşkilat bu rəqəmin hətta 200-dən çox olduğu haqda da təqdiqlənməmiş informasiyalar olduğunu bildirib.

Qeyd edilib ki, binaların damına yerləşdirilmiş snayperlər etirazçılara atəş açaraq, onları qətlə yetiriblər. Şirazda isə helikopterdən açılan atəş nəticəsində 20 nəfərin öldüyü iddia edilib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »