Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstan prezidenti İŞİD üzərində qələbəni elan etdi

Əfqanıstan prezidenti Əşrəf Qəni Pakistanla həmsərhəd Nənqərhar vilayətində İŞİD terror qruplaşması üzərində qələbəni elan edib.

Bizimyol.info xəbər verir ki, xarici KİV-lərin verdiyi məlumata görə, prezident Nənqərhar vilayətində çıxışı zamanı təhlükəsizlik qüvvələrinin İŞİD-in darmadağın etdiyini bildirib.

“Bir il əvvəl heç kim inanmırdı ki, biz Nənqərharda duruş gətirəcəyik. Allaha şükürlər olsun ki, bu gün biz İŞİD-i məhv etdik”,-Əşrəf Qəni bildirib.

Xəbər verilir ki, son bir həftə ərzində Nənqərhar əyalətində 600-dan çox İŞİD yaraqlısı və ailə üzvləri Əfqanıstan hakimiyyət orqanlarına təslim olub. Onlar Əfqanıstan ordusunun və beynəlxalq koalisiyanın davamlı zərbələri qarşısında davam gətirə bilmədiklərinə, döyüş ruhunun aşağı olmasına görə təslim olduqlarını deyirlər.

Əsir düşənlərin çoxu Pakistandan olanlardır, lakin onların arasında Özbəkistan, Azərbaycan və digər ölkələrdən olanlar da var. Prezident Qəni bildirib ki, Nənqərhar vilayətini İŞİD-dən təmizlədikdən sonra oranı “Taliban”a , yaxud qaçaqmalçılara buraxmaq niyyətləri yoxdur. Ancaq əfqan təhlükəsizlik qüvvələri və xalqı bu regiona nəzarət edəcək.

Son xəbərlər
Bütün xəbərlər »