Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: Kürdlərin geri çəkilməsi prosesi başa çatıb

Suriyanın şimalında silahlı kürd birləşmələrinin çəkilməsi prosesi demək olar ki, başa çatıb.

Bizimyol.info xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb.

Çıxışı zamanı Lavrov Türkiyə ilə Rusiya arasında Suriya Demokratik Qüvvələrinin silahları ilə birlikdə Türkiyə-Suriya sərhədindən 30 kilometr uzaqlaşdırılmasına dair razılıq əldə olunduğunu xatırladıb və sözügedən razılaşmanın Suriya Prezidenti Bəşər Əsəd tərəfindən də təsdiqləndiyini qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfi planın tezliklə reallaşdırılması məqsədilə kürd təmsilçiləri, o cümlədən Suriya Demokratik Qüvvələri ilə dialoq yaradıb.

“Demək olar ki, silahlı şəxslərin geri çəkilməsi prosesi başa çatıb. Yalnız müəyyən rayonlar var ki, orada işi sona çatdırmaq lazımdır”, - XİN rəhbəri söyləyib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »