Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oktay Gülalıyev yenidən əməliyyat olunub
Yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi, “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oktay Gülalıyev yenidən əməliyyat olunub.

Bu barədə Bizimyol.info-ya Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.

“Az öncə atam Oktay Gülalıyev İstanbulda yerləşən “Amerika xəstəxanası”nda yenidən əməliyyat olundu. Əməliyyat uğurlu keçib”,-deyə T.Gülalıyev bildirib.

Xatırladaq ki, Oktay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev cərrahi əməliyyat olunub. O, daha sonra Türkiyəyə yola salınıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »