Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Tıxacdan xilas olmaq üçün dəmiryol stansiyası açılmalıdır” - Foto
Maştağaya dəmiryol stansiyası

Xəbər verildiyi kimi dünən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub.

Vətəndaş Bəxtiyar Hacıyev Bizimyol.info-ya bildirib ki, Bakının ən böyük qəsəbələrindən biri olan Maştağaya dəmiryol xətti Pirşağıdan öncə çəkilməlidir.

“Gör dünyanın harasıdır ki, Pirşağının da dəmiryol stansiyası oldu, amma Maştağanın köhnə stansiyası ola-ola qatar üzünə həsrət qaldıq”,-deyə B.Hacıyev bildirib.

Sakin bildirib ki, Maştağada 80 ildir dəmiryolu vardı: “Burada dəmiryolu xətti 1936-39-cu illərdə çəkilib. Maştağa stansiya köhnədir, 2000-ci illərin axırlarından bu yana işləmir.

Maştağa Bakının ən böyük ətraf qəsəbəsidir. Vaxtilə, burada əsas stansiyadan başqa 3-4 köməkçi stansiya, yəni “Tavaylıq”, “Xəyal” (“Bazar”), “Karyer” (“Daş karxanası”) stansiyası da var idi. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun vaxtında bu stansiya qeyri-rentabelli hesab edilib ləğv etdilər. Halbuki 10 qəpiyə tıxacsız filansız “28 May” metrostansiyasına rahat gedirdik. Qatarlar köhnə idi, dəyişilsəydi, əla olardı.

Əvvəlcə qatar cədvələ uyğun işləmədi. Yəni bilinmirdi ki qatarlar dəqiq nə vaxt gələcək. Sonra cəmi bir qatar qaldı, o da naməlum vaxtda gedib-gəlirdi. Ona görə insanlar da qatardan imtina etdilər. Adını da qoydular ki artıq istifadə edən yoxdu, ləğv etdilər. Dərhal da dar yollara iri “Daewoo” avtobuslarını buraxdılar”.

Sakin Bəxtiyar Hacıyev deyib ki, Maştağa stansiyasına qatarlar hərəkət cədvəlinə uyğun işləsəydi, heç kim qatarlardan imtina etməzdi: “Hər gün Zabrat yolunda tıxaclarda qalırıq. Halbuki qatar olsaydı bu zülmü yaşamazdıq. Maştağanın 80 mindən çox əhalisi var, qeydiyyatda isə 60 minə yaxın əhalisi var”.

Bizimyol.info

Maştağaya dəmiryol stansiyası

Paylaş »
››› İsveçdə koronavirusa qarşı niyə tədbir görülmür... - Hər yer işləyir, hamı küçədə
››› Türklər koronavirusu izolyasiya etməyi bacardı
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Koronavirusa qalib gələ biləcək dərmanların adları - Avstraliya nəticələri açıqladı
››› Çernobıl yanır, radiasiya ətrafa yayılır - Video
Son xəbərlər
Bütün xəbərlər »