Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Etibarnamə ilə bağlı yenilik: Sənədləşmə 5 dəqiqə ərzində həll olunacaq

Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyət göstəriləcək.

Bizimyol.info xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq:

"Vətəndaş avtomobillə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək. Sistemdə vətəndaşın adına olan bütün nəqliyyat vasitə sistemdə çıxacaq. Həmin sistemdə hansı nəqliyyat vasitəsini istəsəniz telefon vasitəsi ilə əldə edə bilinəcək. Ödəniş edildikdən sonra məlumatlar avtomotik olaraq Dövlət Yol Polisinə gedəcək".(metbuat.az)

Son xəbərlər
Bütün xəbərlər »