Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Joze Mourinyo "Tottenhem"in baş məşqçisi təyin olunub

Joze Mourinyo İngiltərənin "Tottenhem" komandasının baş məşqçisi təyin olunub.

Bizimyol.info xəbər verir ki, London klubunun rəsmi saytının verdiyi məlumata görə, 56 yaşlı portuqaliyalı mütəxəssis ilə 2022/23 mövsümünün sonuna qədər müqavilə bağlanılıb.

O, bu postda uğursuz nəticələrə görə istefaya göndərilən Maurisio Poçettinonu əvəzləyib.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar “Mançester Yunayted”in baş məşqçi postundan kənarlaşdırılan Mourinyo “Çelsi”yə də rəhbərlik edib. O, həmçinin vətənində “Portu”, İtaliyada “İnter”, İspaniyada isə “Real Madrid”in sükanı arxasında olub.(report)

Son xəbərlər
Bütün xəbərlər »