Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan gələn ay Fransa, Almaniya və Britaniya liderləri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabr ayında Londonda Fransa, Almaniya və Britaniya liderləri ilə görüşəcək.

Bizimyol.info xəbər verir ki, “Anadolu” agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Jurnalistlər qarşısında açıqlama verən İbrahim Kalın qeyd edib ki, sözügedən görüş dekabrın 3-4-ü tarixlərində Londonda baş tutacaq NATO sammiti çərçivəsində reallaşacaq.

O vurğulayıb ki, Ərdoğan sammitdə "NATO-nun missiyası, 21-ci əsrdəki mövqeyi, növbəti fəaliyyətləri” mövzusunda çıxış edəcək.

Son xəbərlər
Bütün xəbərlər »