Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda avtobus sürücüsü ürəyindən bıçaqlandı

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lökbatan qəsəbəsində Cəbrayıl rayon sakini, 1985-ci il təvəllüdlü İsmayılov Samir Vahid oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Onun ürək və qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat olunub.

Məlumata görə, S.İsmayılov xəstəxanaya daxil olarkən vəziyyəti ağır və sərxoş halda olub. S.İsmayılov Qaradağ rayonu ərazisində 124 saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusun sürücüsüdür.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »