Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona”nın əsas heyət oyunçusu Messi ilə yola getmir: Klubu tərk etmək qərarı verib

Yay transfer dövrünün ən böyük hadisələrindən biri Antuan Qrizmannın “Barselona”ya keçidi olmuşdu.

Qrizman Qrizman

Amma indi fransızın Kataloniya klubunda özünü rahat hiss etməməsi deyilir.

Bizimyol.info xəbər verir ki, “Ok Diaro” nəşrinin jurnalisti Eduardo İnda Qrizmannın “Barselona”dan getmək istədiyini yazıb. Mətbuat nümayəndəsi dünya çempionunun Lionel Messi ilə yola getmədiyini iddia edir. Onun yazdığına görə, Qrizmann cana doyub və PSJ-yə keçid haqda düşünür.

İnda çox maraqlı məsələyə toxunub. Onun fikrincə, Qrizmann Neymar anlaşmasının tərkib hissəsi olacaq. Yəni braziliyalı “Barselona”ya, fransız isə PSJ-yə keçəcək. Beləcə, klublar böyük məbləğlərə əl atmayacaq.

Qrizmann “Barselona”ya 120 milyon avroya transfer olunmuşdu. 28 yaşlı futbolçu yeni klubunun heyətində 4 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »