Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kommunistlər “Nu, poqodi!” cizgi filminin ardının çəkilməsinə etiraz edir

Uşaqlığı SSRİ dövrünə təsadüf edənlərin arasında “Nu, poqodi!” (“Düşərsən əlimə!” və ya “Bir dayan!”) cizgi filminə baxmayan yoxdur. Ekran əsərinin davamı hətta soten imperiyası dağılandan sonra da çəkilmişdi. Ümumiyyətlə, 25 seriyadan 9-u Rusiyanın müstəqilliyi dövrünə düşür.

Bizimyol.info xəbər verir ki, qonşu ölkədə müəyyən fasilədən sonra cizgi filminin davamını çəkmək istəyirlər. Kommunistlər isə buna etiraz edir.

“Rusiya Kommunistləri” Partiyası bəyanat yayıb. Bəyanatda cizgi filminin ardı çəkiləcəyi halda piket keçirəcəklərini bildirirlər.

Partiyanın mərkəzi komitəsinin icraçı katibi Sergey Malinkoviç deyir ki, “Nu, poqodi!” cizgi filminə toxunmaq olmaz. Çünki canavarla dovşanı səsləndirənlər – Anatoli Papanov və Klara Rumyanova vəfat edib. Yeni səslər ümumi obrazı zədələyə bilər. Malinkoviç, üstəlik, kapitalistlərin bu cizgi filmini çirkləndirməsini istəmir.

“Rusiya Kommunistləri” Partiyası Mədəniyyət Nazirliyini 26-cı seriyaya pul ayırmamağa çağırıb. “Soyuzmultfilm” isə cizgi filminin 50 illiyinə görə seriyanı ilin sonuna qədər bitirmək fikrindədir.

Son xəbərlər
Bütün xəbərlər »