Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiya gözəlinə müsabiqədə iştirak üçün viza vermir: Azərbaycan təmsil olunmur

ABŞ-da keçiriləcək “Dünya gözəli” müsabiqəsində Rusiya təmsilçisi iştirak edə bilməyəcək. ABŞ Rusiya gözəlinə viza verməkdən boyun qaçırıb.

Bizimyol.info xəbər verir ki, Azov şəhərində doğulan Alina Sanko “Dünya gözəli” müsabiqəsində iştirak etməyəcək. Hərçənd, onu adı 76 iştirakçının arasında vardı.

“Miss Rusiya” müsabiqəsinin direktoru Anastasiya Belyak deyir ki, ABŞ tərəfi viza prosedurunu bilərəkdən uzadır. Hadisələrin gedişi müsabiqə vaxtına  - dekabrın 8-nə yetişməyəcəklərini göstərir. Buna görə də Rusiya müsabiqədən kənarda qalacaq. Belyak prosesi Rusiya təmsilçisinə viza verməmək kimi qiymətləndirib.

Müsabiqədə Azərbaycan da təmsil olunmayacaq. Qafqaz ölkələrindən Gürcüstanın da, Ermənistanın da ölkə gözəli ABŞ-a gedir.

Son xəbərlər
Bütün xəbərlər »