Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran niyə çaxnaşır? – Poltoloq rəyi

Bir neçə gündür qonşu İranda aksiyalar davam edir. BMT-nin İnsan Hüquqları üzrə Komitəsi İrandakı aksiyalar barədə açıqlama yayıb. Açıqlamada aksiylar zamanı onlarla insanın həyatını itirdiyi qeyd olunub. Açıqlamaya görə, təhlükəsizlik əməkdaşları nümayişçiləri dağıtmaq üçün odlu silahdan istifadə edir.

İranın rəsmi dairələri aksiyalar zamanı 3 təhlükəsizlik əməkdaşının öldüyünü açıqlayıb. İranlı fəallar isə ölənlərin 200 civarında olduğunu irəli sürür. İran müxalifəti isə 30-dan çox aksiya iştirakçısının həyatını itirdiyini açıqlayıb. Nümayişlərin başlamasına benzinin qiymətinin 3 dəfə bahalaşması səbəb olub. Politoloq Nəzakət Məmmədova Bizimyol.info saytına verdiyi açıqlamada

İrandakı daxili qarşıdurmaların gərginləşməsində İsrail, ABŞ, Səudiyyə Ərəbistanının müəyyən dairələri maraqlı olmasından danışıb.

Nəzakət Məmmədova

“İranda baş verən növbəti iğtişaş dalğası hazırda gördüyümüz kimi dünyanın diqqət mərkəzində olan əsas problemlərdən biridir. Benzinin qiymətinin 50 faiz artırılması neft-qaz ölkəsi olan İran əhalisini qeyzləndirmişdir desək, yanılmarıq. Bunu iğtişaşların getdikcə daha da alovlanması sübut edir. Hökumət benzin artımı nəticəsində 18 milyon insana sosial yardımlar göstərəcəyini açıqlasa da, məlum olduğu kimi bu cavab etirazçıları qane etməmişdir və onlar mitinqlərə davam etməkdə israrlıdır. ABŞ hər zaman belə hallarda olduğu kimi qədim İran xalqının yanında olduğunu bəyan edib və bu, İran ali siyasi-dini rəhbərliyi arasında böyük narazılıqla qarşılanmışdır. Hadisələrin məhz indi bu məcrada cərəyan etməsi bir sıra suallar meydana çıxarır.

Məlum olduğu kimi, bu günlərdə İsrail ərazisi İranın maliyyələşdirdiyi Hizbullah tərəfindən intensiv raket atəşlərinə məruz qalmışdır. İstisna etmək olmaz ki, İrandakı daxili qarşıdurmaların gərginləşməsində İsrail, ABŞ, Səudiyyə Ərəbistanının müəyyən dairələri maraqlı olmasın və bu istiqamətdə bəzi fəaliyyətlər həyata keçirməsin.

Bu belə olmasa da, hər halda İranın Yaxın Şərqdə həyata keçirdiyi ekspansionist xarici siyasət onsuz da sanksiyalar altında əzilən ölkənin iqtisadi vəziyyətini xeyli pisləşdirərək, onu iqtisadi-maliyyə baxımdan çətinliklərlə üzbəüz qoymuşdur. Belə bir şəraitdə sosial müavinətlərə yönəldilməli olan vəsaitin xaricdəki hərbi birləşmələrin maliyyələşdirilməsinə sərf edilməsi, büdcəni doldurmaq üçün isə qiymətlərin bahalaşması əhalini hiddətləndirmişdir.

Nəticədə, gördüyümüz mənzərə meydana çıxmışdır. ABŞ İran əhalisinin etirazlarına dəstək verməklə onun daxildən zəifləməsinə, rejimin ekspansionist xarici siyasətdən uzaqlaşıb, daxili problelərlə məşğul olmasını istəyir. Lakin Yaxın Şərqdə hegemonluq İran xarici siyasətinin əsas prioritetlərindən biridir və nə vətəndaş etirazlarının, nə sanksiyalarln, nə maliyyə çətinliklərinin onu öz yolundan döndərməsi inandırıcı deyil”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »