Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ əlilinə uğrunda savaşdığı torpaqdan pay vermirlər – Video

Azərbaycanın ərazi bütüvlüyü uğrunda savaşan Quliyev Atif Əyyub oğlu Qarabağ müahribəsi əlili olaraq dövlətdən pay topraq tələb edir.

Bizimyol.info xəbər verir ki, birinci qrup Qarabağ müharibəsi əlili A.Quliyev etdiyi video-müraciətdə dediklərinə görə, mərkəzi və yerli icra hakimiyyəti qurumlarına etdiyi müraciətlər nəticəsiz qalıb.

“Ölkəmizin ərazi bütövlüyü uğurunda savaşmışıam. Qızğın döyüşlər vaxtı, 1992-ci ildə bir gözümü və bir əlimin barmaqlarını itirmişəm. 19 ildir iki övladımla Bakı şəhərində kirayə yaşayıram”,-deyə A.Quliyev bildirib.

Birinci qrup Qarabağ müharibəsi əlilinin sözlərinə görə, fərdi yaşayış evinin tikilməsi üçün Prezident Adminstrasiyasına etdiyi müraciətlər Bakı Şəhər İcra Hakimiyyətinə və Nizami Rayon icra Hakimiyyətinə göndərilib. Müraciətlərinə isə baxılmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »